Bu dəfə 7 nəfər xarici agentlər siyahısına salınıb

Bu dəfə 7 nəfər xarici agentlər siyahısına salınıb

Rusiya Federasiyasının Ədliyyə Nazirliyi yeddi fiziki şəxs və iki təşkilatı xarici agentlərin reyestrinə daxil edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, siyahıya Moskva Dövlət Universitetinin dosenti Mixail Lobanov, Yukos-un keçmiş vitse-prezidenti Leonid Nevzlin, siyasətçi, Moskva Şəhər Dumasının deputatı Yevgeni Stupin, jurnalist İlya Kolmanovski daxil ediliblər.

Bundan əlavə, reyestrə həmçinin keçmiş bələdiyyə deputatı Vitali Bovar, “Memorial” Beynəlxalq Cəmiyyətinin Perm regional bölməsinin keçmiş sədri (Rusiyada xarici agent kimi tanınıb, məhkəmə tərəfindən ləğv edilib – red.) Robert Latipov, hüquq müdafiəçisi Aleksandr Belik salınıblar.

Və iki təşkilat da xarici agent kimi tanınıb. Bunlar “Vicdanlı hərbi xidmətdən imtina edənlərin hərəkatı”və “Deystvie” (“Fəaliyyət”) icma mərkəzi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə