2017-ci ildə istifadəyə verilən və Sovet dövründən bəri Rusiya üçün ilk olması nəzərdə tutulan CR929 geniş gövdəli təyyarənin layihəsi Rusiyanın iştirakı olmadan davam edəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “The Air Current” yayıb.
Qeyd edək ki, daha əvvəl layihənin taleyinin qeyri-müəyyənliyi barədə xəbər verilmişdi. Çünki Çin Rusiyanı Çin bazarında mənfəətdən məhrum etmək istəyir, ona “Airbus” və “Boeing” ilə rəqabət aparmalı olacağı digər bazarların yalnız 70 faizlik payını qoyur.
Maraqlıdır ki, Rusiya öz ehtiyat hissələri istehsalçılarını təklif etsə də, lakin Çin ABŞ və Avropaya uçarkən daha etibarlılığı təmin edə bilən Qərb təchizatçıları ilə maraqlandı.
Qeyd edək ki, hələ 2022-ci il iyunun sonunda baş nazirin müavini Yuri Borisov Rusiyanın CR929 təyyarəsinin yaradılması layihəsində iştirakının azaldılması barədə xəbərdarlıq etmişdi.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin hələ 2014-cü ildə Pekinə səfəri zamanı Çinlə yeni CR929 təyyarəsinin istehsalı ilə bağlı əməkdaşlıq müqaviləsi imzalayıb.
Birləşmiş Təyyarə Kporasiyası və Çin Kommersiya Aviasiya Kororporasiyası tərəfindən hazırlanır. CR929-un ilk uçuşu 2025-ci ilə, modelin istismara verilməsi isə 2028-ci ilə planlaşdırılıb.
Yeri gəlmişkən, CR929 geniş gövdəli təyyarə layihəsi Çin və Rusiya arasında aviasiya sənayesində ən böyük müqavilədir. Layihənin dəyəri 50 milyard dollar qiymətləndirilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB