Rusiyada Ukrayna müharibəsindən qayıdanlar üçün protez tapılmır

Rusiyada Ukrayna müharibəsindən qayıdanlar üçün protez tapılmır

Rusiyada Ukraynadakı müharibədən qayıdanlar üçün protezlər çatışmır. Protezlər üçün növbələr bir neçə aydan bir ilə və ya daha çox müddətə qədər dəyişir. SİA-nın əldə etdiyi məlumata görə, bunu hətta Dövlət Dumasının deputatları da etiraf edirlər - məsələn, Rusiya Liberal Demokrat Partiyasının fraksiya rəhbəri Leonid Slutski, Dumanın plenar iclasında protezlərin orta gözləmə müddətinin səkkiz aya çatdığını bildirib.

Dövlət Dumasının sədri Vyaçeslav Volodin vəziyyəti qəbuledilməz adlandırıb və növbəti iclasa “protezləşdirməyə cavabdeh olan səhiyyə, əmək və sosial müdafiə nazirlərinin məsul müavinlərini” dəvət etməyi təklif edib.

Dövlət Dumasının sədr müavini Anna Kuznetsova əlillərin və onların yaxınlarının protezlərin vaxtında verilməməsi və keyfiyyətsiz olması ilə bağlı şikayətlərini də xatırladıb.

Mövcud vəziyyətin səbəbləri arasında Kuznetsova protezlərin baha olmasını və sənayenin Rusiyaya qarşı beynəlxalq sanksiyaların tətbiqindən sonra azalan idxaldan ağır asılılığını xatırladıb.

Qeyd edək ki, Rusiya bazarındakı reabilitasiya müəssisələrinin 60 faizi xaricdən gətirilir. Müasir bionik protezlər Rusiyada istehsal olunmur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə