...Bu gün Qərb Serbiyaya təzyiqlərini gücləndirir, bu ölkəyə qardaş Rusiya ilə dostluq əlaqələrini pozmağa təhrik edir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya Federasiyası Federasiya Şurasının spikeri Valentina Matvienko deyib.
Federasiya Şurası spikerinin fikrincə, burada əsas təsir aləti Kosovo və Metoxiya Muxtar Vilayətində vəziyyətin metodik şəkildə gərginləşdirilməsidir. Belə ki, bu ərazilərdə tüğyan edən anti-serb zorakılığının birbaşa günahkarları Vaşinqton və Brüsseldir,
Bunları bildirən Matviyenko, “...Birləşmiş Ştatlar “NATO və zəif iradəli Avropa İttifaqının köməyi ilə” illərdir alban ultra-millətçilərini ört-basdır edir və bu gün qan töküləndə özlərini yalnız sülhməramlı kimi göstərirlər. Bütün bunlar isə regionda yeni dramatik münaqişə təhlükəsi yaradır”-deyə əlavə edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB