Nüvə dövlətləri Qahirədə iclas keçiriblər

Nüvə dövlətləri Qahirədə iclas keçiriblər

İndi məlum olur: iyunun 13-14-də ABŞ Misirin paytaxtında nüvə silahına malik ölkələrin xarici işlər və müdafiə nazirliklərinin ekspertlərinin görüşü təşkil edib. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, iclas iştirakçıları “nüvə beşliyi”nin dövlətləri: ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çin olub.

Maraqlıdır ki, daha əvvəl belə bir görüş barədə heç nə elan olunmayıb.

Beləliklə, Vaşinqtondan bildirildiyinə götə, tərəflər Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə kontekstində fikir mübadiləsi aparıblar.

Departamentdən verilən məlumata görə, iştirakçıların strateji risklərin azaldılması, həmçinin nüvə doktrinaları və siyasətini müzakirə ediblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə