İsrail Zaxarovadan Xolokost haqqında “ona mühazirə oxumamasını” istəyib

İsrail Zaxarovadan Xolokost haqqında “ona mühazirə oxumamasını” istəyib

Bu arada İsrail Xarici İşlər Nazirliyi daha əvvəl İsraili Ukraynada “nasizmi dəstəkləməkdə” ittiham edən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya cavab verib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Hayat rəsmi “Tvitter” hesabında mətbuata açıqlama verib.

Orada deyilir ki, heç bir ölkə “İsrailə, onun Xarici İşlər Nazirliyinə və diplomatlarına Holokostun xatirəsini necə yaşatmaq barədə mühazirə oxumamalıdır”.

Qeyd edək ki, Zaxarovanın çıxışına səbəb İsrailin Kiyevdəki səfiri Mixael Brodskinin İsrailin “İton TV” portalına verdiyi müsahibə olub.

Xatırladaq ki, Brodski öz çıxışında yəhudilərlə ukraynalıların Stepan Bandera, Roman Şuxeviç və Andriy Melnikə baxışlarının fərqli olmasına baxmayaraq, Ukrayna indi öz şəxsiyyətini, qəhrəmanlarını axtardığını bildirib.

“...Əlbəttə, bu qəhrəmanları bəyənmirik, lakin əksər ukraynalılar üçün onlar müstəqillik uğrunda mübarizə aparan qəhrəmanlardır”, -deyə israilli səfir bildirib.

Brodski, həmçinin Rusiyanın Ukraynaya qarşı hazırkı müharibəsində İsrailin Ukraynaya dəstəyini davam etdirdiyini və bundan sonra da dəstək verəcəyini bildirib.

Maraqlıdır ki, Mariya Zaxarova Telegram kanalında Brodskiyə Ukrayna Millətçiləri Təşkilatının antisemit siyasətini xatırladaraq, İsrail səfirini küfrdə ittiham edib.

“1930-cu illərdə Hitlerə himayədarlıq edənlər belə mülahizə yürütürdülər. Yeri gəlmişkən, əsasən anqlosakslar”, -yazan Zaxarova: “Əgər Mixail Brodskinin fikrincə, Kiyevin belə qəhrəmanlara və şəxsiyyətə haqqı varsa, deməli, bu, artıq İsrail Xarici İşlər Nazirliyi üçün problemdir”-deyə əlavə edib.

Buna cavab olaraq qarşı tərəf, İsrail nin dəyişməz qalacağını və heç vaxt nasist rejimi ilə əməkdaşlıq edən və yəhudilərin məhv edilməsində iştirak edən cinayətkarların təsdiqini dəstəkləməyəcəyini bildirib.

... Ancaq heç kimin İsrailə və onun rəsmilərinə Xolokost və ya müharibənin xatirəsini təhrif olunmuş şəkildə necə saxlamağı öyrətməyə haqqı yoxdur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə