...Mən yox, əgər Rusiya prezidenti Vladimir Putin mənə zəng edərsə, onunla danışaram.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Fransa lideri Emmanuel Makron iyunun 23-də “France 24” telekanalına danışarkən bildirib.
Makronun sözlərinə görə, o, Putindən telefon zəngi qəbul edəcək, lakin Moskvaya özü zəng etmək fikrində deyil.
“Əgər o, mənə nəsə təklif etmək üçün zəng etsə, cavab verəcəm, çünki Fransa həmişə vasitəçi ölkə olub”
Bunu deyən Makron, Ukraynanın şərtləri ilə bağlı danışıqların vaxtının çatacağına ümid etdiyini də bildirib.
Fransa prezidenti onu da vurğulayıb ki, Rusiya ilə dialoqun bərpası yalnız sülh şəraitində yaşamaq imkanlarını təmin edən beynəlxalq hüquq normalarına qayıdışla mümkündür.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl Emmanuel Makron Avropa İttifaqının Ukraynaya maddi təhlükəsizlik təminatları verməli olduğunu bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB