“Drujba” ilə daha Rusiya nefti axmayacaq?

Avropa İttifaqı “Drujba”un şimal şöbəsi vasitəsilə Rusiya neftinin idxalına qadağa qoydu
“Drujba” ilə daha Rusiya nefti axmayacaq?

Avropa Birliyi daha bir sanksiya paketi ilə Rusiya neftinin “Drujba”nın şimal qolu vasitəsilə idxalını tamamilə qadağan edib.

SİA-nın əldə etdiyi məlumata görə, müvafiq bəyanatı iyunun 23-də Avropa İttifaqı Şurası yayıb.

Beləliklə, boru kəmərinin şimal hissəsi ilə Rusiya Federasiyasından xam neftin tədarükü üçün Almaniya və Polşaya verilən müvəqqəti istisna qüvvəsini itirəcək.

Qazaxıstan və ya başqa üçüncü ölkədən gələn neftə gəlincə, onun Rusiyadan tranziti və “Drujba” vasitəsilə Avropa İttifaqına idxalı davam edəcək.

Xatırladaq ki, Avropa İttifaqı Rusiyaya qarşı 11-ci sanksiyalar paketini təsdiqləyib.

Bu arada Polşanın Avropa İttifaqındakı səfiri Anjey Sados, Avropa İttifaqının yeni sanksiyalar paketinə 70 nəfərin, 30-dan çox hüquqi şəxs və “Drujba” neft kəmərinin cənub qolu daxil olduğunu bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə