Podolyak əks-hücumun uğursuzluğunda Qərbi ittiham edib

Podolyak əks-hücumun uğursuzluğunda Qərbi ittiham edib

Ukraynanın əks-hücum əməliyyatının uğursuzluğunda Kiyevin Qərb “tərəfdaşları” günahkardır, çünki onların silah tədarükünü gecikdirməsi ruslara müdafiə xəttini gücləndirməyə və minalanmış sistemlər yaratmağa imkan verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikri Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Mixail Podolyak bildirib ki, Kiyevin tələblərini yerinə yetirməkdə ləng gedən Ukrayna ordusunun əks-hücumunda uğur qazanmamaqda Qərb günahkardır.

Ukraynalı siyasətçi əmindir ki, məhz Ukrayna Silahlı Qüvvələrinə hərbi texnikanın çatdırılmasının gecikməsi Rusiyaya lazımi istehkamlar, dərin müdafiə xətti və minalanmış sahələr sistemi qurmaq üçün lazımi vaxt verib.

Eyni zamanda, Podolyak qeyd edib ki, hazırda döyüş meydanının formalaşdırılması üzrə əməliyyatlar gedir, çünki Rusiya müdafiəsində irəliləyiş ağıllı və balanslı yanaşma tələb edir.

Zelenskinin ofisinin nümayəndəsinin sözlərinə görə, Ukrayna komandanlığı tribuna pərəstişkarlarına deyil, hərbi elm və ağıllara arxalanır, əsgərlərin həyatını xilas etməyə çalışır, çünki bir əsgərin həyatı Ukrayna üçün ən vacib dəyərdir.

Xatırladaq ki, bir müddət əvvəl CNN ABŞ hərbi rəsmilərinə istinadən, Ukraynanın əks-hücumundan gözləntilərin özünü doğrultmadığı barədə yazmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə