İstanbulda “İslam Dövləti” (“İD-Xorasan”) qruplaşmasının Xorasan hücrəsinin liderlərindən biri, Tacikistan vətəndaşı Şamil Hükumatov həbs edilib. Türkiyə mətbuatı iyunun 22-də “Əbu Miskin” ləqəbi ilə tanınan Hükumətovun “İD-Xorasan” üçün yeni silahlıların cəlb edilməsi ilə məşğul olduğu barədə məlumat yayıb.
SİA-nın əldə etdiyi məlumata görə, Şamil Hükumətov cümə axşamı İstanbulda polisin keçirdiyi reyd zamanı saxlanılıb. Adının açıqlanmasını istəməyən türk təhlükəsizlik mənbələri “Anadolu”ya bildiriblər ki, tacikistanlı şəxs yeni üzvlər cəlb etmək və “İD-Xorasan” üçün pul toplamaqla məşğul olub.
Türkiyə mediası öz mənbələrinə istinadən xəbər verir ki, Tacikistan hakimiyyəti “Əbu Miskin”in həbsinə order verib – onun vətənində terrorçu olduğu iddia edilən şəxs təxribat fəaliyyətində ittiham olunur.
Qeyd edək ki, “İslam Dövləti” qruplaşmasının “Xorosan” hücrəsi 2014-cü ilin iyununda yaradılıb. “İslam Dövləti” rəhbərliyinin bir neçə il əvvəl tərtib etdiyi xəritədə Əfqanıstan, Pakistan, Tacikistan və İranın şərq bölgələri Xurosoni Buzurq (Böyük Xorasan) ümumi adı altında bir əraziyə birləşdirilib. “İD-Xorasan” silahlıları bildirirlər ki, onların məqsədi bu ərazidə yeni İslam dövləti yaratmaqdır.
Türkiyə mətbuatı Hükumətovun məhkəmə qərarı ilə həbs olunduğunu, həyat yoldaşının isə azad edilsə də, lakin məhkəmə nəzarəti altında olduğunu yazır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB