Zəhərli yosunlar yüzlərlə dəniz canlısının ölümünə səbəb olub

Zəhərli yosunlar yüzlərlə dəniz canlısının ölümünə səbəb olub

Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının cənub sahillərinə yaxınlaşan zəhərli yosun dalğası yüzlərlə balina və dəniz şirinin ölümünə səbəb olub.
SİA-nın əldə etdiyi məlumata görə, iyun ayında Kaliforniyanın cənub sahillərində mindən çox dəniz heyvanı ölüb və ya xəstələnib.
Mütəxəssislər bunun səbəbinin bölgədə ortaya çıxan zəhərli yosunlar olduğuna diqqət çəkib.
Zəhərli yosunların mövsümi olduğunu qeyd edən mütəxəssislər iqlim dəyişikliyinin bu problemi daha da artıra biləcəyi barədə xəbərdarlıq ediblər.
Qeyd edək ki, zəhərli yosunlar ən çox Santa Barbara və Ventura çimərliklərində müşahidə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə