Ukrayna münaqişəsi danışıqlar masasında indi həll olunmayacaq - XİN rəhbəri
“Ukraynadakı münaqişə sonda danışıqlar yolu ilə həll olunacaq, lakin hələlik Kiyev danışıqlar masası arxasında öz mövqeyini möhkəmləndirmək üçün əks-hücum əməliyyatı keçirməlidir”. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bunu Kanadanın xarici işlər naziri Melani Coli CTV-yə müsahibəsində deyib: “Hər bir müharibədə olduğu kimi, müharibə sonda danışıqlar masası arxasında həll olunacaq. Biz ilk növbədə Ukraynanın danışıqlar masası arxasında güclü olduğuna əmin olmalıyıq, buna görə də əks-hücum əməliyyatını dəstəkləyirik”.
Coli həmçinin qeyd edib ki, Ukraynanın gələcəkdə Rusiya ilə hərbi münaqişədən yayınması üçün Kiyevə uzunmüddətli təhlükəsizlik təminatı vermək lazımdır.
Aysel Naibova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB