“Qazprom” Afrika ölkələri ilə əməkdaşlıq etmək istəyir

“Qazprom” Afrika ölkələri ilə əməkdaşlıq etmək istəyir

Rusiyanın enerji nəhəngi "Qazprom" Afrika ölkələrinin konstruktiv təkliflərinə açıqdır və onlara öz təcrübəsini və texnologiyasını təklif etməyə hazırdır. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir.

“Qazprom”un departament rəhbəri Dmitri Xandoqa Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən “Təbii qazın əhali və iqtisadiyyat üçün faydaları” adlı beynəlxalq “dəyirmi masa”da deyib: "Təbii qazdan daha geniş istifadə Afrikaya iqtisadi, sosial və ekoloji problemlərdən tutmuş bir sıra problemləri həll etməyə kömək edəcək. Əminik ki, Afrika üçün bu yanacaq növünün gətirdiyi bütün üstünlükləri kəşf etmək vacibdir. Biz bu əməkdaşlıqda potensial görürük”.

"Qazprom Afrika ölkələrində iqtisadi inkişafı asanlaşdıracaq və insanların həyatını yaxşılaşdıra biləcək konstruktiv və qarşılıqlı faydalı təklifləri müzakirə etməyə hazırdır", - Xandoqa əlavə edib.

“Qazprom”un bəyanatında deyilir ki, ekspert hesablamalarına görə, Afrika 2050-ci ilə qədər dünya əhalisinin artımının 60%-dən çoxunu təmin edəcək. Regionda enerji istehlakının iki dəfə artması ilə müşayiət olunacaq əhəmiyyətli iqtisadi artım gözlənilir. O cümlədən, təbii qaza tələbat 2,5 dəfə artacaq. Təbii qaz hasilatının artması Afrika qitəsində qaz tələbatının artımını qarşılamağa kömək edəcək. Lakin bu gün Afrikada hasil edilən qazın əsas hissəsi xaricə ixrac edilir.

Aysel Naibova

Bütün xəbərlər Facebook səhifəmizdə