İtkin düşən “Titan” sualtı gəmisi partlayıb - 5 nəfər ölüb

İtkin düşən “Titan” sualtı gəmisi partlayıb - 5 nəfər ölüb

18 iyun tarixində itkin düşən"Titan" sualtı gəmisi partlayıb və göyərtəsindəki 5 nəfər faciəvi şəkildə həlak olub. SİA BBC-yə istinadən xəbər verir ki, qurbanlar 58 yaşlı Həmiş Hardinq, 48 yaşlı Şahzadə Davud və onun oğlu 19 yaşlı Süleyman Davud, 77 yaşlı Pol-Henri Nargeolet və 61 yaşlı Stokton Raş olub. Cümə axşamı günü batan Titanik gəmisindən təxminən 480 metr aralıda robotlaşdırılmış dalğıc vasitəsi dənizin dibində sualtı gəminin əsas hissələrini tapıb. Qayığın hissələrini Kanada gəmisi tərəfindən yerləşdirilən uzaqdan idarə olunan cihaz tapıb. Tapılan hissələrə sualtı gəminin quyruğu və eniş çərçivəsi daxildir.

Qeyd edək ki, “Titan” sualtı gəmisinin pilotu və onu yaradan şirkətin qurucusu 61 yaşlı Stokton Raş da qəza zamanı vəfat edib. Ağ Ev də “Titan” sualtı gəmisində həlak olan 5 nəfərlə bağlı başsağlığı verib.

Bütün xəbərlər Facebook səhifəmizdə