Tunisdə miqrantları daşıyan 3 qayıq batıb

Tunisdə miqrantları daşıyan 3 qayıq batıb

Tunisin cənub sahillərində Avropaya keçməyə çalışan qeyri-qanuni miqrantları daşıyan 3 qayığın batması nəticəsində 2-si körpə olmaqla 3 nəfər ölüb, 12 nəfər isə itkin düşüb. SİA “TRT Haber”ə istinadla xəbər verir ki, son 48 saatda batan qayıqlardan dənizə düşən 152 nəfər xilas olunub, itkin düşənlərin isə axtarışı davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə