Hazırda Ukraynanın Avropa İttifaqına daxil olması üçün əsas maneə Avropa Komissiyasının irəli sürdüyü şərtlər deyil, davam edən hərbi münaqişədir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Avropa İttifaqının genişlənmə üzrə komissarı Oliver Varqeli Avropa İttifaqı Ümumi Məsələlər Şurasının qeyri-rəsmi iclasının yekunlarına dair bildirib.
Bu görüşdə o, Ukraynanın üzvlük danışıqlarına hazır olması ilə bağlı Avropa Komissiyasına ilkin hesabat təqdim edib.
Vargeli vurğulayıb ki, hərbi əməliyyatlar Avropa İttifaqı üzvlüyünə namizəd olmaq üçün maneə deyil, lakin üzvlük özü tamam başqa məsələdir və daha uzun prosesdir. O, həmçinin ümid etdiyini bildirib ki, Ukrayna Avropa İttifaqına daxil olana qədər münaqişə artıq bitəcək.
Xatırladaq ki, bundan əvvəl Ukraynanın Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamaq üçün 7 şərtdən ikisinə - məhkəmə islahatları və media azadlığına tam əməl etdiyi bildirilmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB