Ukraynanın 2027-ci ilə qədər 110 milyard dollar xarici yardım alması lazımdır, ona görə də Avropa İttifaqının vəd etdiyi 50 milyard avro bu ehtiyacların yarısını belə ödəməyəcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Ukraynanın maliyyə naziri Sergey Marçenko “Politico” qəzetinin Avropa nəşrinə müsahibəsində bildirib.
O, Kiyevin Vaşinqtondan dəstək gözlədiyini vurğulayıb.
“Çərşənbə axşamı Avropa Komissiyası Ukraynaya 2027-ci ilə qədər Ukraynaya 50 milyard təklif etdi. Bu, büdcə yardımına və bərpa üçün təcili dəstəyə olan ehtiyacın 45 faizini əhatə edəcək ki, bu da 110 milyard dollar dəyərində qiymətləndirilir”, -deyə nazir bildirib.
O qeyd edib ki, bu, çox yaxşı siqnaldır, lakin Avropa İttifaqının vəsaitləri kifayət deyil, ona görə də Kiyev ABŞ kimi digər əsas tərəfdaşların diqqətini fəal şəkildə cəlb etmək niyyətindədir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB