Rusiya prezidenti Vladimir Putinin Ukrayna Silahlı Qüvvələrinin məhv edilmiş texnikası ilə bağlı dediklərindən sonra ABŞ prezidenti Cozef Bayden təşvişə düşməyə başlayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “Judging Freedom” YouTube kanalının efirində təqaüddə olan amerikalı kəşfiyyatçı Skot Ritter bildirib.
Pensioner kəşfiyyatçı, Rusiyanın gücünə arxayın olan Vladimir Putinin Ukrayna münaqişəsinin gedişinə tam nəzarət etdiyini və ona görə də heç nə onu çaşdıra bilməyəcəyini deyir. (...amma Priqojin başqa şey deyir. O deyir ki, Şoyqu ilə Gerasimovun Putinə müharibənin gedişi ilə bağlı verdikləri hesabatların hamısı yalandır-A.B.)
Lakin buna baxmayaraq, Ritterə görə, Rusiya ordusu NATO ölkələrinin Kiyevə verdiyi istənilən silah və texnikanı məhv edir və bu, bütün Qərb siyasətçilərini qorxudur.
“Petreusa baxın. O, faralarda qorxmuş marala bənzəyir, çünki o, daim yalan danışır. Sullivana baxın. Blinkene baxın. Baydenə baxın. Onlar panikaya düşürlər”.
Bunun da Skot Ritter deyir.
Maraqlıdır ki, Rusiya hakimiyyəti adından danışan Ritter, Moskvanın danışıqlardan imtina etmədiyini, Kremlin bunu dəfələrlə bəyan etdiyini bildirir.
…Üstəlik, Moskva xüsusi hərbi əməliyyatın əvvəlindən danışıqlar prosesinə hazır olduğunu nümayiş etdirmişdi.
“Fakt budur ki, Amerika Ukraynada bu münaqişəni uduzanda, Rusiya bizimlə danışıqlar masası arxasında oturmağa və münaqişəyə hansısa ədalətli son qoymaq barədə razılığa gəlməyə hazır olacaq. Çünki Vladimir Putin indi otaqda yeganə yetkin şəxsdir”.
Bunu da Skot Ritter bildirib.
Yeri gəlmişkən xatırladaq ki, ötən gün Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev iyunun 4-dən 21-dək Ukrayna hərbçilərinin itkilərinin 13 min nəfərdən çox olduğunu bildirib.
Bundan əlavə, Rusiya bölmələri eyni müddət ərzində 246 Ukrayna tankını, o cümlədən 13 Qərb tipli tankı məhv edib.
Bunu artıq Skot Ritter bildirmir, ruslar yazır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB