Rusiyanın Moldova ilə tarixi dostluğu illüziyadır...

Rusiyanın Moldova ilə tarixi dostluğu illüziyadır...

Moldova parlamentinin rəhbəri, hakim Fəaliyyət və Həmrəylik partiyasının sədri İqor Qrosu “Jurnal” telekanalının efirində Rusiya ilə tarixi dostluğu illüziya adlandırıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Bütün vətəndaşlar bizim Rusiya Federasiyası ilə min illik dostluğumuz olduğuna dair illüziyadan qurtulmalıdırlar, onlar bizə heç vaxt hörmət etməyiblər, heç vaxt kiçik, orta, uzaq və ya yaxın dövlətlərə hörmətlə yanaşmayıblar”.

Qrosu deyib bunu.
Moldovanın Rusiya ilə münasibətlərini yalnız hörmət əsasında saxlaya bilərdi deyən Qrosu, eyni zamanda belə bir ehtimala inanmadığını da gizlətməyib.

Siyasətçi bildirib ki, Moldova dünyada öz rolunun fərqindədir. “Ancaq əgər dövlətimiz demokratik seçkilər yolu ilə Avropa İttifaqı vektoruna səs veribsə, bu halda bizə hörmət edin”.

Qeyd edək ki, bir müddət bundan əvvəl Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlev Moldova hakimiyyətinin öz ölkəsini anti-Rusiyaya çevirdiyini bildirmişdi.

Onun sözlərinə görə, Maia Sandu hakimiyyətə gəldikdən sonra ölkədə Moskva ilə qarşılıqlı əlaqədə olan bütün siyasi qüvvələrə qarşı repressiyalar başlayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə