Bu arada prezident Vladimir Zelenski Ukraynanın Belarusdakı səfiri İqor Kizimi vəzifəsindən azad edib.
“Kizim İqor Yuryeviç Ukraynanın Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin”, – Zelenskinin imzaladığı sərəncamda belə deyilir.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, Kizim hələ 2017-ci ilin fevralında Ukraynanın Belarusdakı səfiri olub.
Qeyd edək ki, Rusiya Federasiyasının genişmiqyaslı işğalın başlamasından sonra, rus tankları Belarusdan Ukrayna sərhədini pozduqda, Ukrayna hakimiyyəti Minsklə diplomatik münasibətləri dayandırmağa razı olmadı.
Lakin qərarlar Belarus səfirinin zəngləri və etiraz notaları ilə məhdudlaşdı.
Onu da qeyd edək ki, üç gün əvvəl, iyunun 19-da Ali Radada Belarusun təcavüzkar dövlət kimi tanınmasını nəzərdə tutan qətnamə layihəsini qeydiyyata alıb.
Yeri gəlmişkən bir qrup ukraynalı deputat Minsk ilə diplomatik əlaqələri kəsməyə çağırır.
Bu addım Belarus rejiminin hesaba çəkilməsi və Ukraynaya gələcək təzminatların ödənilməsi üçün lazımdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB