...“Rambler”in keçmiş həmtəsisçisi, “Gazeta.ru” və “Lenta.ru” saytlarının sahibi rusiyalı milyarder Aleksandr Mamut Ukraynaya genişmiqyaslı işğalın başlanmasından sonra Rusiyanı tərk edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu gün Mamutun Rusiyada demək olar ki, heç bir məlum aktivi qalmayıb.
Bu arada Mamutun adı açıqlanmayan tanışlarından biri “Meduza”ya rusiyalı milyarderin hazırda növbə ilə İngiltərə və Fransada yaşadığını bildirib.
Qeyd edilir ki, iş adamı bunu həqiqətən də yeni sanksiyalara məruz qalmamaq üçün edir. Yəni rusların dediyinə görə, o, “yaxşı rus” olmaq, özünü təmizə çıxarmaq istəyir.
Və elə bu bu məqsədlə də o, liberal gündəmi irəli aparacaq media yaratmağa qərar verib.
Belə ki, onun Rusiyanın Müharibə Əleyhinə Komitəsinin tərkibinə daxil olan Paris Siyasi Tədqiqatlar İnstitutunun professoru, iqtisadçı Sergey Quryevlə yeni strukturun yaradılması imkanları barədə məsləhətləşdiyi bildirilir. Qeyd edək ki, Quryevlə görüşən “Meduza” əməkdaşına o, Mamutla görüşdüyünü desə də, lakin onunla media layihəsini müzakirə etmədiyini bildirib.
Xatırladaq ki, Aleksandr Mamut 2018-ci ildən ABŞ sanksiyaları altındadır, lakin o, Avropanın sanksiya siyahılarına daxil edilməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB