Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı Qərbin ona olan ümidlərini doğrultmur. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə iyunun 22-də CNN Qərb ölkələrinin yüksək səviyyəli nümayəndələrinə və Pentaqona istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Ukrayna əks-hücumunun ilkin mərhələləri Qərb siyasətçilərinin gözləntilərini doğrultmur, çünki onların uğurları azdır. Eyni zamanda, Rusiya qüvvələri Qərbdə gözləniləndən daha böyük səriştə nümayiş etdirir.
...Əks-hücum “heç bir cəbhədə gözləntiləri doğrultmur-deyə rəsmilərdən biri bildirib.
Qərbin qiymətləndirmələrinə görə, Rusiyanın müdafiə xətləri yaxşı möhkəmləndirilib və bu, Ukrayna Silahlı Qüvvələrinin keçməsini çətinləşdirir.
Bundan əlavə, Rusiya qoşunları hava gücündən daha səmərəli istifadə edərək, raket zərbələri və minalarla Ukraynanın zirehli texnikasının qarşısını uğurla alır”.
Qeyd edək ki, bunu nəşrin əməkdaşı Cim Skutto yazır. Onun öz mənbələrinə istinadən verdiyi məlumata görə, Ukrayna ordusu minalanmış sahələrə qarşı “həssas” olduğunu sübut edib, Rusiya qüvvələri isə onları qorumaqda “bacarıqlı” olub.
Bununla belə, CNN-in həmsöhbətlərinin fikrincə, Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatının hələ ilkin mərhələsindədir deyə, ona görə də həm ABŞ, həm də onun müttəfiqləri Ukrayna hərbçilərinin hələ də zamanla müəyyən ərazi uğurları əldə edə biləcəyinə nikbin yanaşırlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB