Belarusda "Z" simvolu olan hərbi helikopter qəzaya uğrayıb

Belarusda "Z" simvolu olan hərbi helikopter qəzaya uğrayıb

Belarusda “Mi-24” hərbi helikopteri qəzaya uğrayıb. Aleksandr Lukaşenko rejiminə müxalif olan “Belarus Qayun” monitorinq qrupunun məlumatına görə, söhbət Rusiya helikopterindən gedir.

SİA yerli səlahiyyətlilərə istinadən, pilotların sağ qaldığını bildirir.

Belarus Müdafiə Nazirliyi cümə axşamı günortadan sonra “Mi-24” hərbi helikopterinin Brest vilayətində sərt eniş etdiyini bildirib. Ekipaj üzvlərinin yaralandığı bildirilir. Qəzanın səbəbləri məlum deyil.

Maraqlıdır ki, Belarus rəsmiləri helikopterin hansı dövlət qüvvələrinə aid olduğunu açıqlanmırlar. Təbii ki, verilən məlumatlarda Belarus Hərbi Hava Qüvvələrində bir neçə belə helikopterin olduğu deyilsə də, lakin onlar Brest vilayətində yerləşmirlər.

Yeri gəlmişkən, bu arada “Belarus qayun” “Mi-24”-ün Rusiyaya məxsusluğunu bildirib. Onun qəza yerinə ən yaxın olan Baranoviç aerodromundan havaya qalxdığı bildirilir

Bu arada sosial şəbəkələrdə qəzaya uğrayan helikopterin Ukraynaya müdaxiləsi zamanı rus qoşunlarının istifadə etdiyi “Z” simvolunun açıq şəkildə əks olunduğu foto yayılıb. Həmçinin quyruqda VKS və ya Rusiya Hərbi Hava Qüvvələri yazısı və helikopterin qeydiyyat nömrəsi var.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə