Erməni xaçkarını ildırım vurub?

Ermənistanda ildırım 13-cü əsrə aid mədəniyyət abidəsini zədələyib?
Erməni xaçkarını ildırım vurub?

Ermənistanda ildırım XIII əsrə aid ən qədim Xaçkar abidəsini zədələyib.

SİA Sputnik Ermənistana istinadən xəbər verir ki, bu barədə ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“...Vayots Dzor rayonunun Karmraşen kəndində 13-cü əsrə aid xaçkarı ildırım vurması nəticəsində zədələnib. Zərər, dolanma zamanı tarixi ətraf mühitin mühafizəsi üzrə regional xidmətin əməkdaşları tərəfindən aşkar edilib”. Ermənilərin verdiyi məlumatda belə deyilir.

Onu da deyirlər ki, guya hazırda ekspertlər tarixi abidənin gələcək taleyinin necə olacağını müzakirə edirlər.

...Guya XIII əsrin xaçkarı Karmraşen inzibati rayonunda yerləşirmiş.

Deyirəm, artıq el arasında deyildiyi kimi, Yerdən sonra daha göy də bunların yalanlarından bezardır.

Bir də ermənilər saxta xaçkar düzəltmək üzrə artıq “püxtələşiblər” axı. Gərək ki, bir müddət bundan əvvəl onların qədim xaçkarlar istehsal edən sexlərindən biri Qarabağda da aşkar edilmişdi. Yeri gəlmişkən burada nəinki XIII əsrlərə aid hətta ondan əvvəlki dövrlərə aid də xaçkarlar düzəldilirmiş.

Gərək ki, o günlərdə ermənilər uzaq Sibir şəhərlərinin bifrində, deyəsən, Omskda da elə həmən XIII əsrlərə aid qədim xaçkar “aşkar” etmişdilər, amma...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə