Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyə prezident seçkilərində rəqibi olmuş Kamal Kılıçdaroğlunu Ərdoğanın ona qarşı açdığı 28 iddiaya görə 110 ilə qədər həbs cəzası gözləyir. Bundan əlavə, Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının lideri olan Kılıçdaroğluna siyasi fəaliyyət də tamamilə qadağan ediləcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Cumhuriyet” qəzeti yazıb
Kılıçdaroğlunun müdafiə tərəfi qeyd edir ki, seçkilərdə uduzduğuna görə o hazırda deputat toxunulmazlığından da məhrum edilib. Deyilənlərə görə, məhkəməyə verilən əksər iddialarda isə Ərdoğanın özü iddiaçıdır.
Belə ki, ən çox yayılan ittihamlara ölkə prezidentini təhqir etmək, nifrət və düşmənçilik salmaq, böhtan atmaq daxildir.
Qeyd edək ki, mayın 28-də Kılıçdaroğlu son prezident seçkilərini ölkə tarixinin ən ədalətsiz dövrlərindən biri adlandırsa da, səsvermənin nəticələrinə baxmayaraq, siyasətçi demokratiya uğrunda mübarizəni davam etdirəcəyinə söz verib.
Xatırladaq ki, Türkiyədə prezident seçkilərinin birinci turu mayın 14-də keçirilmişdi. Həmən seçkilərdə Ərdoğan 49,24 faiz, Kılıçdaroğlu isə 45,07 faiz səs toplamışdı. Sinan Oğan isə 5,28 faiz səslə üçüncü pillədə qərarlaşmışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB