...Rusiya prezidenti Vladimir Putin Ukraynanın qərbli müttəfiqlərinin son ukraynalı qalana qədər Rusiya ilə döyüşmək mövzusunda qətiyyətli olduğunu bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Vladimir Putin videokonfrans vasitəsilə keçirdiyi Təhlükəsizlik Şurasının iclasında Ukraynanın hərbi itkilərindən danışıb.
Ölkələrin Ukraynaya texnika verə biləcəyini, lakin qoşun gücünün məhdud olduğunu ifadə edən Vladimir Putin deyib: “Görünür ki, Ukraynanın qərbli müttəfiqləri son ukraynalı qalana qədər Rusiya ilə döyüşmək mövzusunda qətiyyətlidir''.
İclasda çıxış edən Rusiya müdafiə naziri Sergey Şoyqu son 16 gündə davam edən aktiv toqquşmalardan sonra Ukrayna ordusunun çox sayda itki verdiyini bildirib.
“Düşmən hazırda öz qoşunlarını yenidən qruplaşdırır'',-deyə Sergey Şoyqu qeyd edib.
Ukrayna ordusunun bəzi istiqamətlərdə verdiyi ciddi itkilərə baxmayaraq əks-hücumları davam etdirmək gücünə malik olduğunu bildirən Sergey Şoyqu Ukraynanın yeni hücumuna qarşı hazırlıqlarını davam etdirdiklərini bildirib.
Sergey Şoyqu deyib: "Biz ''ehtiyat ordu'' formalaşdırırıq. Hər şey plan üzrə gedir''.
Rusiya Silahlı Qüvvələrinə birbaşa müqavilə əsasında 114 min nəfərin cəlb edildiyini bildirən Sergey Şoyqu 50 mindən çox könüllünün olduğunu bildirib.
2022-ci ilin 24 fevral tarixində Rusiya prezidenti Vladimir Putin Ukraynanı işğal etmək əmrini verdi və bununla da Rusiya-Ukrayna müharibəsi başladı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB