Sanksiyalar Belarus iqtisadiyyatına heç nə edə bilməyib?

Sanksiyalar Belarus iqtisadiyyatına heç nə edə bilməyib?

Qərbin sanksiyaların köməyi ilə Belarus iqtisadiyyatını çökdürmək planları iflasa uğrayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Belarusun Moskvadakı səfiri Dmitri Krutoy bildirib.

Diplomatın sözlərinə görə, faktiki olaraq respublikanın sənaye sahələrinin yarısı birbaşa, bəziləri isə dolayı sanksiyalar altındadır.

Ümumiyyətlə, Krutoy Belarusa sanksiya təzyiqini misilsiz adlandırıb. Bununla belə, o, Qərbin sanksiya siyasətinin guya iflasa uğradığını bildirib.

“Biz bu planın iflasa uğradığını deyə bilərik”, - deyə diplomatik missiyanın rəhbəri bəyan edib.

Qeyd edək ki, Krutoyun dediyinə görə, Qərbin planlarının iflasa uğradığını Belarus iqtisadiyyatının göstəriciləri də sübut edir.

Məsələn, 2023-cü ilin beş ayının yekunlarına görə, Belarus iqtisadiyyatında 0,9 faiz artım qeydə alınıb.

Xatırladaq ki, bir müddət bundan əvvəl belaruslu baş nazir Roman Qolovçenko da Belarus iqtisadiyyatında canlanma artımı olduğunu bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə