Estoniya Ukrayna üçün yeni hərbi yardım paketini elan edib

Estoniya Ukrayna üçün yeni hərbi yardım paketini elan edib

Bu arada Estoniya Ukraynaya yeni hərbi yardım paketi elan edib. Paketə minalardan təmizləmə və pilotsuz uçuş aparatları, tibbi avadanlıqlar daxildir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Estoniya Respublikası Müdafiə Nazirliyinin rəsmi “Twitter” səhifəsində məlumat verilib.

Bundan əlavə, paket çərçivəsində İslandiya ilə birgə səhra xəstəxanası da Kiyevə təhvil veriləcək.

Qeyd edək ki, Estoniya Ukraynanı bərpa etmək üçün Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi üçün hüquqi mexanizm hazırlayan ilk Avropa ölkəsi olub.

Yeri gəlmişkən, bir gün əvvəl Latviyanın baş naziri Krisjanis Karins Riqanın bütün helikopter parkını Ukraynaya verəcəyini bildirmişdi.

Rəsminin sözlərinə görə, onun hökuməti ÜDM-in 1,3 faizdən çoxunu Ukraynanı dəstəkləmək üçün, o cümlədən 1 faizini Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki hərbi ehtiyaclarını ödəmək üçün xərcləyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə