Ukrayna indi NATO-ya üzv olmaq şansının olmadığını etiraf edib

Ukrayna indi NATO-ya üzv olmaq şansının olmadığını etiraf edib

Ukrayna etiraf edib ki, indi onun NATO-ya daxil olmaq şansı yoxdur.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Almaniya kansleri Olaf Şolz məlumat verib.

Siyasətçinin vurğuladığı kimi, Ukrayna hökuməti özü münaqişənin davam etdiyi bir vaxtda Şimali Atlantika Alyansına üzvlükdən söhbət gedə bilməz.

Bununla yanaşı, Şolz Ukraynanın real döyüş qabiliyyətinin gücləndirilməsini mütləq prioritet adlandırıb. Qeyd edək ki, bu barədə RİA Novosti ZDF-yə istinadən xəbər verir.

Xatırladaq ki, NATO-nun baş katibi Yens Stoltenberq iyulda Vilnüsdə keçiriləcək sammitdə bloka daxil olan ölkələrin Ukraynanı alyansa dəvət etməyəcəklərini bildirmişdi.

Yeri gəlmişkən, “Le Monde” qəzetinin yazdığına görə, Fransa hakimiyyəti Ukraynanın NATO-ya daxil olması ilə bağlı mövqeyini dəyişib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə