Doğrudanmı bunlar “könüllülər”dir?

Doğrudanmı bunlar “könüllülər”dir?

...Müqavilə əsasında xidmətə 114 min nəfər daxil olub, daha 52 min nəfər könüllüdür.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə naziri Sergey Şoyqu Təhlükəsizlik Şurasının iclası zamanı bildirib.

Şoyqunun sözlərinə görə, orta hesabla gündə 1336 nəfər müqavilə bağlayır. Yəni hər gün bir alay qəbul edirik”, - deyən nazir qeyd edib ki, bu səbəbdən “departament yeni könüllülərə ehtiyac görmür”.

...Bundan əlavə, iyunun sonunadək Rusiya ehtiyat ordu, yaxın gələcəkdə isə ordu korpusu formalaşdıracaq.

Bunu da rusiyalı nazir bildirib.

Qeyd edək ki, bir həftə əvvəl Rusiya prezidenti Vladimir Putin, bu il artıq 150 000 nəfərin müqavilə imzaladığını və hələ undan əlavə 6 000 könüllünün də növbəyə dayandığını bildirmişdi. Vladimir Vladimiroviç bunların bütün döyüş tapşırıqlarını yerinə yetirmək üçün kifayət etdiyini də əlavə etmişdi.

Amma maraqlıdır ki, nə Şoyqu və nə də Putin konkret kimləri “könüllülər” hesab etdikləri barədə məlumat verilmir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə