Mariya Zaxarova ABŞ və NATO-nun aqressiv siyasətindən danışıb

Mariya Zaxarova ABŞ və NATO-nun aqressiv siyasətindən danışıb

ABŞ və NATO-nun hərbi qarşıdurmada getdikcə daha dərindən iştiraka aparan aqressiv siyasəti nüvə gücləri arasında birbaşa toqquşma ilə nəticələnə bilər. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqində deyib. O, vurğulayıb: "Ən böyük təhlükə Ukrayna münaqişəsində Rusiyaya strateji məğlubiyyət vermək kimi aqressiv siyasəti ilə ABŞ və NATO özlərinə təxribat törədiblər və bu hərbi qarşıdurmada getdikcə daha da dərindən iştirak edirlər. Aydındır ki, belə bir siyasət nüvə gücləri arasında birbaşa silahlı toqquşmaya gətirib çıxara bilər”.

Zaxarova qeyd edib ki, Rusiya vəziyyətin ciddiliyini tam dərk edir və sistemli şəkildə Qərb ölkələrinə siqnallar göndərir:
"Lakin problem ondadır ki, Qərb sadəcə olaraq anti-Rusiya isteriyasına və ölkəmizə qarşı total hibrid müharibəyə öyrəşib. Bu isə onların bizim mövqeyimizi adekvat şəkildə dərk etmək istəyini nümayiş etdirmir. Vəziyyətin daha da pisləşməsinə görə bütün məsuliyyət Qərbin üzərinə düşür. Biz öz tərəfimizdən yalnız qəti şəkildə təkrarlaya bilərik ki, Rusiya öz təhlükəsizlik maraqlarını müdafiə etməkdə qərarlıdır və biz Qərbə buna şübhə etməyi tövsiyə etmirik”, - deyə Zaxarova yekunlaşdırıb.

Aysel Naibova

Bütün xəbərlər Facebook səhifəmizdə