Taxıl sazişinin əsas məqsədi humanitardır - BMT

Taxıl sazişinin əsas məqsədi humanitardır - BMT

“Taxıl sazişi çərçivəsində əksər əməliyyatların kommersiya xarakterli olmasına baxmayaraq, sazişin əsas məqsədi qlobal miqyasda ərzaq qiymətlərinin aşağı səviyyədə saxlanmasına yönəlmiş humanitar yardımdır”. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bunu BMT baş katibinin sözçüsü Farhan Haq keçirdiyi brifinqdə deyib.

O, qeyd edib ki, Qara Dəniz Təşəbbüsünün əsas məqsədi humanitar məqsədlidir: “Düzdür, taxıl əməliyyatlarının xeyli hissəsi kommersiya xarakterlidir. Lakin bu kommersiya əməliyyatları dünyadakı bir çox xalqın iqtisadi sabitliyi üçün əsas olan taxıl qiymətlərini və ümumilikdə dünyada ərzaq qiymətlərini aşağı saxlamaqla humanitar məqsədimizə kömək edir".

Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçən həftə taxıl müqaviləsinin gələcəyi ilə bağlı suala cavabında deyib ki, taxıl müqaviləsinin Ukrayna hissəsi kommersiya layihəsinə çevrilib və taxılın yalnız 3%-i ən yoxsul ölkələrə gedir. "Üstəlik, paket sazişinin Rusiya gübrələri və qidası ilə bağlı hissəsi ilə bağlı vəziyyət heç də irəliləyiş etməyib”,- deyə o əlavə edib.

Qeyd edək ki, 22 iyul 2022-ci ildə İstanbulda qida və gübrələrin beynəlxalq bazara tədarükü ilə bağlı sənədlər paketi imzalanıb. İlkin olaraq müqavilələr 120 gün müddətinə bağlanıb, ötən ilin noyabrında yenə eyni müddət qədər uzadılıb. 2023-cü il martın 18-də Rusiya sazişin müddətini 60 gün uzadacağını elan edib və bunun BMT ilə imzalanmış memorandumun icrasını qiymətləndirməyə kifayət qədər vaxt olacağı barədə xəbərdarlıq edib. Mayın 17-də isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl müqaviləsinin mayın 18-dən etibarən iki ay müddətinə uzadıldığını bildirib.

Aysel Naibova

Bütün xəbərlər Facebook səhifəmizdə