"ABŞ Rusiya ilə mübarizə naminə Əfqanıstana məhəl qoymur" - BMT nümayəndəsi

"ABŞ Rusiya ilə mübarizə naminə Əfqanıstana məhəl qoymur" - BMT nümayəndəsi

“Qərb Əfqanıstanda nizamlanma və yenidənqurma vəzifələrinə məhəl qoymayıb bütün diqqətini Ukrayna sahəsində Rusiya ilə mübarizəyə yönəldib”. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

Nebenzya qeyd edib: "Çoxdan gözlənilən sülhün bərqərar olması ilə bağlı yüksək səslə verilən vədlər əslində boş sözlərdən ibarətdir. Bütün bunların fonunda görünür ki, son 20 ildə bu ölkəni məhv edən ABŞ və digər Qərb dövlətləri Əfqanıstan xalqını çətin vəziyyətə salıb və ölkənin nizamlanması və yenidən qurulmasında qətiyyən maraqlı deyillər”.

“Müxtəlif süni və ikiüzlü bəhanələrlə humanitar və iqtisadi böhranların həlli üçün real yardım göstərmək istəməmələrini başqa nə ilə izah etmək olar? Biz bilirik ki, qərbli həmkarlarımızın Əfqanıstana vaxtı sərf etmək niyyəti yoxdur. Onların bütün qüvvələri Ukrayna meydanında Rusiya ilə mübarizəyə yönəlib. Bu, çox amerikansayağıdır - terrorizmlə mübarizə bəhanəsi ilə hansısa ölkəni işğal edib qarışıqlıq yaratmaq, prioritetlər dəyişdikdə isə keçmiş köməkçiləri tərk etmək” - deyə,diplomat qeyd edib.

Aysel Naibova

Bütün xəbərlər Facebook səhifəmizdə