"Ukraynaya silah tədarük etməklə ABŞ qan tökülməsi prosesini uzadır və dövlətləri üçüncü dünya müharibəsinə təhrik edir”. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov medianın sualını cavablandırarkən deyib.
Səfirliyin mətbuat xidməti Antonovdan sitat gətirərək bunları qeyd edib: “Xüsusilə diqqət çəkən məqam amerikalıların ukraynalı müştərilərə asanlıqla pul xərcləmələridir. Kiyev rejimi üçün silah alınması üçün külli miqdarda vəsait ayrılsa da Afrika, Latın Amerikası və Asiyanın ən kasıb dövlətləri diqqətdən kənarda qalıb. Planetdə insanların aclıqdan öldüyü yerlər var. Eyni zamanda ABŞ qan tökülməsini uzatmağı və Qərbin münaqişəyə de-fakto cəlb edilməsi yolu ilə III Dünya Müharibəsini qızışdırmağı daha aktual hesab edir”.
Qeyd edək ki, daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov RT-yə müsahibəsində Qərbin Ukraynaya silah tədarükünü şərh edərkən bildirib ki, baxmayaraq ki, bu faktiki olaraq kollektiv Qərblə müharibəyə çevrilsə də, xüsusi hərbi əməliyyat Donbassın təhlükəsizliyini təmin etmək kimi başlayıb.
Aysel Naibova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB