Ukraynanın paytaxtı Kiyevdə çoxmərtəbəli binada qaz partlayışı baş verib, bir nəfər ölüb, iki nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə "RBC-Ukraina" Kiyev meri Vitali Klıçkonun teleqramına istinadən məlumat yayıb.
"Partlayışın Desnyansk rayonunda qeydə alınıb. Dağıntılar altından bir nəfərin meyiti tapılıb. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Partlayışın səbəbləri araşdırılır”, - Kliçko bildirib.
Fövqəladə Hallar Dövlət Xidmətindən verilən məlumata görə, 16 mərtəbəli binada qazın partlaması nəticəsində 4 mənzil dağılıb, 6 mənzilə isə ziyan dəyib. 18 nəfər xilas edilib. Fəsadların aradan qaldırılmasına 70 nəfər və 13 texnika cəlb olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB