Rusiya 48 avstraliyalının ölkəyə girişini qadağan edib. SİA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Hərbi-sənaye kompleksinin podratçıları, jurnalistlər və deputatlar arasından əlavə 48 avstraliyalı üçün ölkəmizə giriş qeyri-müəyyən müddətə bağlanıb”, - deyə qeyd olunub. Bu siyahıya baş nazirin müavini Viktoriya Castin Allan da daxildir.
Nazirlik bunun Avstraliyanın Rusiyaya qarşı atdığı addımlar fonunda bir siyasi cavab kimi dəyərləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB