Dağıstanda 9 nəfər dəhşətli qəzanın qurbanı olub

Dağıstanda 9 nəfər dəhşətli qəzanın qurbanı olub

Dağıstanın Kavkaz şossesində avtobus, minik avtomobili və yük maşınının iştirakı ilə qəza baş verib. SİA “İnterfaks”a istinadən xəbər verir ki, respublikanın Daxili İşlər Nazirliyinin məlumatına görə, qəza zamanı 8 nəfər ölüb, daha 8 nəfər isə yaralanıb.

Teleqram kanalları isə 9 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını bildirir.

Respublika Fövqəladə Hallar Nazirliyinin ilkin məlumatına əsasən, hadisə zamanı avtobusda 25 nəfər olub. Yaralılar xəstəxanalara çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə