Meksikadakı son istilər nəticəsində həyatını itirənlərin sayı 37-yə yüksəlib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, xüsusilə ölkənin şimal-qərbi və cənub-şərqində yüksək temperatura görə can itkisi sürətlə artır.
İyunun əvvəlindən təsirli olan həddindən artıq istilər 37 nəfərin ölümünə səbəb olub.
Meksika Səhiyyə Nazirliyindən verilən məlumata görə, ölkə üzrə günvurma şikayəti ilə xəstəxanalara 400-dən çox adam müraciət edib, bəzilərinin vəziyyəti ağırdır.
Meksikanın Verakruz rayonunda havanın temperaturu 43 dərəcəyə çatıb və burada 14, Tabaskoda 8, Oaxaka, Tamaulipas və Koauila rayonlarının hər birində 3, Sonora, San Luiz Potosi və Sinaloada 2 nəfər ölüb.
Meksika Milli Meteorologiya Xidməti (SMN) ölkə miqyasında isti hava dalğasının daha 10-15 gün davam edəcəyini bildirərərək xroniki xəstələrin məcburi olmadıqca müəyyən saatlarda çölə çıxmamasını tövsiyə edib.
Temperaturun 40 dərəcəni keçdiyi Meksikada "son illərin ən acınacaqlı günlərinin yaşandığı" məlumatı paylaşılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB