Ukrayna Təhlükəsizlik Xidmətinin hərbi əks-kəşfiyyatçıları bir həftədən az müddətdə düşmənin 21 vahid texnikasını məhv ediblər.
“Əks-hücum əməliyyatı üzrə mütəxəssislərimiz Ukrayna Silahlı Qüvvələrinin silahdaşları ilə çiyin-çiyinə Ukrayna torpaqlarını azad edir”.
SİA-nın əldə etdiyi məlumata görə, bu Ukrayna Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.
Xidmətin məlumatına görə, pilotsuz uçuş aparatı operatorlarının incə işi sayəsində Rusiya itkilərinin siyahısına 11 tank, 2 özüyeriyən silah, 2 piyada döyüş maşını, 2 MTLB və bir zirehli avtomobil, 3 maşın əlavə edilib.
... 16 aylıq müharibə ərzində ukraynalı əsgərlər rus işğalçılarının 120-130 tank batalyonunu məhv ediblər. Qeyd olunur ki, irimiqyaslı təcavüz başlayandan bəri Rusiya cəbhədə 4000-dən çox tank itirib.
Beləliklə, Ukrayna saytlarının yazdığına görə, 2022-ci il fevralın 24-də Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri ukraynalı müdafiəçilər qarşı tərəfin 222.000-ə yaxın əsgərini məhv ediblər.
Şəxsi heyətlə yanaşı, Ukrayna hərbçiləri hər gün düşmənin onlarla hərbi texnikasını məhv edir. Belə ki, düşmənin 4 min 6 tankı (son sutka ərzində +9), zirehli döyüş maşını - 7 min 771 (+21) məhv edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB