Rusiya Müdafiə Nazirliyi çərşənbə axşamı, iyunun 20-də Moskvadakı Vişnevski adına tibb mərkəzində müalicə alan hərbçi Andrey Kravtsovun təltif edildiyini açıqlayıb. Sıravi əsgərə bir milyon rublluq sertifikat verildi. Nazirlik aydınlaşdırıb ki, bu, Ukrayna Silahlı Qüvvələrinin Kravtsov tərəfindən məhv edildiyi iddia edilən “Leopard” tankına verilən mükafatdır.
Amma, maraqlıdır ki, müstəqil media hələ də bu versiyaya şübhə ilə yanaşır.
Məsələn, “Azadlıq” radiosu diqqəti ona yönəldib ki, vurulan “Leopard”ın mükafatına 8 gün qalmış Kravtsov Rusiya prezidenti Vladimir Putin və müdafiə naziri Sergey Şoyqu ilə görüşüb və digər yaralı rus əsgərləri ilə birlikdə “Şücaət” ordeni ilə təltif edilib.
Belə ki, iclasda Kravtsov tərəfindən vurulduğu iddia edilən Leopardın adı belə çəkilməyib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin məlumatına görə, Ukraynada ilk “Leopard” tankı iyunun 8-də Rusiya qoşunları tərəfindən məhv edilib.
Doğrudur, bəziləri bunu təsdiqləsələr də, sonradan bunun sökülüb dağılmış kənd təsərrüfatı texnikası olduğu ortaya çıxıb. Daha sonra, özünü DXR-in “Vostok” batalyonunun komandiri kimi təqdim edən Aleksandr Xodakovski iyunun 5-də bölgədə “Leopard” tankının göründüyünü bildirib, amma...
Rusiya mətbuatının məlumatına görə, 37-ci motoatıcı briqadanın sıravi əsgəri Andrey Kravtsov, iyunun 5-dən 6-na keçən gecə düşmən hücumunu dəf edərkən ağır yaralanıb və qolu amputasiya edilib.
Maraqlıdır ki, Ukraynanın zirehli texnikasına atəş açdığını xatırlayan Kravtsov, “Leopard” vurduğunu hospitalda olarkən “öyrənib”(?).
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB