Parisin beşinci rayonunda qaz partlayışı baş verib. Bina uçub, 4 nəfər xəsarət alıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.
Bir sıra evlərin fasadı uçub və bir neçə qonşu tikili də alovlanıb. Hadisə yerində yanğınsöndürmə briqadası işləyir, polis sektoru təxliyə edir.
Parisin beşinci dairəsinin meri Florens Bertounun sözlərinə görə, yaralıların vəziyyəti ağırdır.
Yeri gəlmişkən, bundan bir müddət əvvəl Rusiaynın Tambov vilayətinin Kotovsk şəhərində yerləşən 3 saylı mağazada partlayış baş verib.
Partlayıçdan sonra binada yanğın başlasa da, amma tez bir zamanda söndürülüb.
Qubernator Maksim Yeqorov partlayışın səbəbi kimi insan amilini göstərib. Onun sözlərinə görə, Kotovskda yanğın sahəsi elə də böyük olmayıb deyə, açıq yanma yeddi dəqiqə ərzində aradan qaldırılıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB