Ukraynada döyüşən ruslar maaş ala bilmirlər...

Ukraynada döyüşən ruslar maaş ala bilmirlər...

Rusiya əsgərləri Ukraynadakı müharibədə iştiraka görə maaşlarının verilməməsindən şikayətlənirlər.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə Ukraynanın Baş Kəşfiyyat İdarəsi tərəfindən dinlənilmiş rus hərbçilərindən birinin tanışı ilə söhbətində deyilir.

Belə ki, rusiyalı işğalçı həmsöhbətinə siyahılarda itdiyindən şikayətlənir və artıq yarım milyon rubldan çox borcunun yığıldığını deyir

Qeyd edək ki, rus hərbçisi ilə danışan sakin “ac qalmamaq” üçün heç olmasa hansısa məzuniyyət haqqına ümid edir.

Maraqlıdır ki, Ukrayna saytları rus işğalçılarının telefon danışıqlarına istinadən, onların vəziyyətinin tamamilə bədbəxt, əhval-ruhiyyəsi isə son dərəcə aşağı olduğunu yazır.

Yeri gəlmişkən, bu günlərdə rus əsgərlərindən biri anasına yazdığı məktubda Ukrayna Silahlı Qüvvələrinin hücumuna görə rus hərbçilərinin əsəbi olduğunu, içki içdiklərini və bir-birlərinə atəş açdıqlarını bildirir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə