Türkmənistan “kart paylaşımı” vasitəsilə peyk telekanallarına baxmağa qadağa qoyub.
SİA “Turkmen.news”-a istinadən xəbər verir ki, iyunun 16-dan etibarən Türkmənistan Rusiya kanallarına baxmaq və video xidmətlərə çıxış əldə etmək üçün qeyri-qanuni yol olan “kart paylaşımı” adlanan üsulla telekanallara girişi bağlayıb.
Türkmən nəşri dövlət provayderinə yaxın mənbəyə istinadən yazır ki, “kart paylaşımı” vasitəsilə telekanallara giriş əngəllənib və belə görünür ki, bu müvəqqəti texniki nasazlıq deyil.
Qeyd edək ki, türkmən nəşrləri “kart paylaşımı” xidmətlərinin ayda 15-20 manata başa gəldiyini yazsa da, amma nə təəssüflər ki, indi ölkədə bu serverlər bloklanıb.
Onu da qeyd edək ki, Rusiya peyk televiziyası operatorlarının məzmununu ehtiva edən “kart paylaşma” xidmətlərini alan türkmənlər yalnız Rusiya kanallarına baxa bilirlər. Bu həm də Rusiyaya Türkmənistanın informasiya məkanına təsir etmək imkanı verir.
Yeri gəlmişkən, Türkmənistanın özündə Rusiyanın “Telekarta” və ya Türkiyənin “Digitürk”ün analoqu olan rəsmi peyk televiziyası operatoru “Älem” TV fəaliyyət göstərir. Türkmənistan vətəndaşları “Älem” TV-də Avropa, Asiya, Rusiya, Türkiyə, Özbəkistan və Hindistandan 120-yə yaxın kanala baxa bilərlər.
Təbii ki, bloklanmasa...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB