Avropa İttifaqı Rusiyaya qarşı 11-ci sanksiyalar paketi çıxardı

Avropa İttifaqının dövri sədri İsveçin rəsmi sosial media hesabında sözügedən mövzu ilə bağlı yazılıb...
Avropa İttifaqı Rusiyaya qarşı 11-ci sanksiyalar paketi çıxardı

Avropa İttifaqına (Aİ) üzv ölkələr Rusiyaya qarşı 11-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.

Avropa İttifaqının dövri sədri İsveçin rəsmi sosial media hesabında sözügedən mövzu ilə bağlı yazılıb: “Bu gün Avropa İttifaqı ölkələrinin səfirləri Rusiyaya qarşı 11-ci sanksiyalar paketi ilə bağlı razılığa gəldilər. Paket sanksiyalardan yayınmağa və siyahıya alınacaq şəxslərə qarşı tədbirləri ehtiva edir.”

Avropa İttifaqı komissiyasının sədri Ursula fon der Leyen də mövzu ilə bağlı açıqlama verərək bildirib: “Mən 11-ci sanksiyalar paketimizlə bağlı siyasi razılaşmanı alqışlayıram. Sanksiyalar əlavə ixrac məhdudiyyətləri ilə Rusiya prezidenti Vladimir Putinin “döyüş maşını”na daha bir zərbə vuracaq. Rəsmi Moskvaya dəstək verənlər hədəfdədir. Mövcud sanksiyalardakı boşluqları bağlayaraq Rusiyanın məhdudlaşdırıcı tədbirlər çərçivəsində məhsullara çıxışının qarşısını alacağıq”.

SİA-nın əldə etdiyi məlumata görə, yeni sanksiyalar paketi bütün təfərrüatları hələlik paylaşılmayıb.

Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 11-ci sanksiya paketi mövcud sanksiyaların pozulmasının qarşısının alınması və sanksiyalardakı boşluqların doldurulmasına yönəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə