Gürcüstanın Rusiyadan aldığı qazın həcmi kəskin artıb

Gürcüstanın Rusiyadan aldığı qazın həcmi kəskin artıb

2023-cü ilin yanvar-may aylarında Gürcüstan tərəfindən Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalı kəskin artıb.

SİA xəbər verir ki, Gürcüstan Neft Məhsulları İdxalçıları İttifaqının məlumatına görə, illik ifadədə artım 29,5 faiz təşkil edib.

Eyni zamanda, ilin əvvəlindən respublikaya maye qaz tədarükünün böyük hissəsini, təqribən 99,7 faizini Rusiya təmin edib. Belə ki, beş ay ərzində Gürcüstana 18,4 min tona yaxın xammal gətirilib.

Həmçinin yanvar-may aylarında ölkənin neft bitumunun idxalı illik müqayisədə 74 faiz artıb. Gürcüstan bitumun 50,9 faizini Rusiyadan, 25,4 faizini İraqdan, 20,8 faizini Türkiyədən, 2,9 faizini isə Azərbaycandan alıb.

Ümumilikdə, 2023-cü ilin birinci rübündə Gürcüstana 251,2 milyon dollar dəyərində neft məhsulları tədarük edilib. Bu həcmin böyük hissəsini, 168,8 milyon dollarnı Rusiyanın enerji resursları təşkil edir. Beləliklə illik ifadədə tədarüklər 275 faiz artıb.

Qeyd edək ki, Gürcüstan uzun fasilədən sonra 2019-cu ildə yenidən Rusiyadan qaz almağa başlayıb. Bunun üçün respublika “Qazprom”dan tədarük olunan resursların qiymətlərində ciddi endirimə nail olub.

Yerli neft və qaz şirkətinin məlumatına görə, Azərbaycan ölkənin ikinci ən böyük tədarükçüsüdür.

Yei gəlmişkən 2022-ci ilin yayında Tbilisi yaxınlığında 16 milyard kubmetr qaz yataqları aşkar edilib ki, bu da bütün ölkənin səkkiz illik istehlakı ilə müqayisə olunan həcmdir. Yatağın işlənməsi 2022-ci ilin sonu - 2023-cü ilin əvvəlində planlaşdırılırdı(?).

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə