Marqarita vətəndaşlıqdan məhrum edildisə, bəs əri?

Marqarita vətəndaşlıqdan məhrum edildisə, bəs əri?

Litva Seymi 2022-ci ilin avqustunda Rusiyanın “Qu gölü” rəqs şousunda iştirak etdiyi üçün Marqarita Drobyazkonun vətəndaşlıqdan məhrum edilməsi proseduruna başlayıb. O, artıq bu proqrama görə dövlət mükafatından məhrum edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Litva Milli Radio və Televiziyası yayıb.

Beləliklə Seymin üzvləri Daxili İşlər Nazirliyindən qanunvericiliyə edilən son dəyişikliklərin köməyi ilə Marqaritanın vətəndaşlıqdan məhrum edilməsinin əsaslarını qiymətləndirməyi xahiş ediblər.

Qeyd edək ki, mart ayında litvalı deputatlar hərəkətləri ilə ölkənin təhlükəsizlik maraqlarına təhlükə yaradan şəxslərin ölkə vətəndaşlıqdan məhrum edilməsinə icazə verən qanun qəbul ediblər. Qanun Drobyazkonun əri ilə Rusiya şousunda çıxışından sonra qəbul edilib.

Hazırda məsələ ilə bağlı Daxili İşlər Nazirliyi Vətəndaşlıq Komissiyasına müraciət etməlidir, o, pasportun ləğvi ilə bağlı yekun qərarı verəcək prezident Gitanas Nausedaya tövsiyə verəcək.

Maraqlıdır ki, Litva siyasətçiləri əsas kimi Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşı Tatyana Navkanın buz şousunun təşkilatçısı olmasını göstərirlər.

Yeri gəlmişkən,

Əvvəla qeyd edim ki, fiqurlu konkisürən, on üçqat Litva çempionu, ikiqat Avropa çempionatının qalibi, buz rəqsi üzrə dünya çempionatının qalibi olan Marqarita Moskvada doğulsa da litvalı həmkarı По́вилас Ва́нагасa ərə gedəndən sonra bu ölkənin vətəndaşı olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə