ABŞ Ukraynaya əlavə 1,3 milyard dollar yardım edəcək. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Londonda Ukraynanın bərpası konfransında çıxış edərkən deyib. O, qeyd edib ki, Ukraynaya enerji şəbəkəsini əsaslı təmir etmək üçün 520 milyon dollardan çox sərmayə qoyulacaq.
Blinken həmçinin qeyd edib ki, ABŞ sərhəd keçidlərinin, dəmir yollarının, limanlarının, ölkəni Avropa ilə birləşdirən digər mühüm infrastrukturun modernləşdirilməsinə kömək etmək üçün 657 milyon dollar, habelə Ukraynanın gömrük və digər sistemlərinin rəqəmsallaşdırılmasına 100 milyon dollar, korrupsiyanı azaltmaq və Ukrayna biznes və sahibkarlarına kömək etmək üçün 35 mln. dollar məbləğində vəsait ayıracaq.
Pentaqonun məlumatına görə, ümumilikdə ABŞ Rusiyanın xüsusi hərbi əməliyyatı başlayandan bəri təkcə Ukraynaya təxminən 40 milyard dollarlıq hərbi yardım edib.
Aysel Naibova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB