Ukrayna Kupyanskda əsas mövqelərini itirib

Ukrayna Kupyanskda əsas mövqelərini itirib

Ukrayna qoşunları Kupyansk bölgəsində uğursuz hücum cəhdi nəticəsində bəzi uzunmüddətli əsas mövqelərə nəzarəti itirib. SİA xəbər verir ki, bunu Luqansk Xalq Respublikasının (LPR) xalq milislərinin istefada olan polkovnik-leytenantı Andrey Maroçko TASS-a açıqlamasında bildirib.

"Kupyansk istiqamətində düşmən döyüş tapşırıqlarını yerinə yetirməkdə çətinlik çəkir. Hücum hərəkətlərinə gəlincə, düşmən son vaxtlar onları həyata keçirə bilməyib. Üstəlik, yeni xətlər qazanmaq əvəzinə, uzun müddət saxladığı bəzi əsas mövqelərini itirib”, - LPR məmuru qeyd edib.

“Cəbhədəki vəziyyətin təhlili və Ukrayna qoşunlarının öz hərbi komandanlığından aldıqları əmrlərə əsasən, bu qənaətə gəlmək olar ki, hadisə yerində bütün əmrlərin yalnız dörddə biri yerinə yetirilir” ,- Maroçko bildirib.
LPR zabiti həmçinin, bildirib ki, Ukrayna qoşunları Kupyansk istiqamətində hücum üçün körpübaşı yaratmağa cəhd edib, lakin Rusiya qüvvələri cavab zərbəsi ilə düşmənin canlı qüvvəsini və hərbi texnikasını məhv edib.

Aysel Naibova

Bütün xəbərlər Facebook səhifəmizdə