ABŞ yenidən polis zorakılığı ilə gündəmə gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Miçiqan ştatının həbsxanasında polis barmaq izi alınan 19 yaşlı qaradərili gənci döyüb. Təhlükəsizlik kamerasına əks olunan hadisədə polis Metyu Rodriqezin qaradəriliyə yumruq vurduğu, daha sonra onu yerə yıxaraq şiddəti davam etdirdiyi görülüb. Bu vaxt digər polislər otağa daxil olarkən polis Rodriqez qaradərili şəxsin başını qaldıraraq döşəməyə çırpıb. Daha sonra digər iki polis vəziyyəti rəhbərlərinə xəbər verib.
14 il Uorren Polis İdarəsində xidmət edən Rodriqez hadisədən sonra inzibati məzuniyyətə göndərilib. Məhkəməyə sövq edilən polis "vəzifəsinə qəsdən laqeyd yanaşma" və "hücum" maddələri ilə ittiham olunub. Komissar Villiam Duyer hadisə ilə bağlı verdiyi açıqlamada zorakılığa reaksiya göstərərək, “Bizim etdiyimiz bu deyil. Biz bu deyilik" ifadələrindən istifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB