“Qərb Bakı və İrəvan məsələsinin sülhlə həll edilməsində maraqlı deyil” - LAVROV

“Qərb Bakı və İrəvan məsələsinin sülhlə həll edilməsində maraqlı deyil” - LAVROV

“Qərb Bakı və İrəvan məsələsinin sülhlə həll edilməsində maraqlı deyil”. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin yüksək səviyyəli diplomatlarının görüşündən sonra bildirib: “Təəssüf ki, Birləşmiş Ştatlar və Avropa İttifaqının indi etdikləri Azərbaycan və Ermənistanın razılığa gəlməsinə kömək etmək istəyinin az olduğunu nümayiş etdirir. Bu əksinə, onların regionda mövqe qazanmaq və Rusiyanın qanuni maraqlarını aşaraq özlərini əsas güc kimi təsdiqləmək planlarını ifşa edir”.

Onun sözlərinə görə, bu, Qərbin NATO və Avropa İttifaqı sərhədlərindən uzaqda yerləşən regionlara çatmaq planlarını əks etdirir: "Bunun vəziyyətin stabilləşməsinə kömək etmək üçün hər hansı səmimi istəklə heç bir əlaqəsi yoxdur. Həm İrəvandakı, həm də Bakıdakı tərəfdaşlarımız, ümid edirəm ki, bunu başa düşürlər. Ən azından, biz onlarla hadisələri kifayət qədər açıq müzakirə edirik".

Rusiyanın digər beynəlxalq vasitəçilərin əleyhinə olmadığını vurğulayan Lavrov eyni zamanda xəbərdarlıq edib: “Ən vacibi vasitəçiliklərin Ermənistan və Azərbaycan dövlətləri və xalqları arasında maraqlar balansını əks etdirən razılaşmalara yönəlməsini təmin etməkdir”.

"İstənilən razılaşma yalnız Rusiya və Azərbaycan prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli sazişlər çərçivəsində mümkündür", - Lavrov vurğulayıb.

O xatırladıb ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının əsası Rusiya prezidenti Vladimir Putinin şəxsi iştirakı sayəsində 2020-ci ilin noyabrında nizamlanma prinsipləri ilə bağlı ilk üçtərəfli bəyanatın imzalanması zamanı qoyulub. Bu bəyanatdan sonra vəziyyəti normallaşdırmaq üçün hansı səylərin lazım olduğuna dair müxtəlif aspektlərə dair daha bir neçə yüksək səviyyəli üçtərəfli bəyanatlar verilib: “Bunlar Ermənistanla Azərbaycan arasında, ümumilikdə Cənubi Qafqazda nəqliyyat dəhlizləri və iqtisadi əlaqələr üçün maneələrin aradan qaldırılmasıdır”, - deyə, o əlavə edib.

Aysel Naibova

Bütün xəbərlər Facebook səhifəmizdə